Fevral ayının əvvəlindən Rusiyanı Avroviziya mahnı müsabiqəsində Sergey Lazarevin təmsil edəcəyi artıq hər kəsə bəlli idi.

Sergey ikinci dəfə qatılacağı müsabiqədə onun necə möhtəşəm bir ifaçı olduğunu göstərəcək bir əsər ilə çıxış edəcək. İlk dəfədən fərqli olaraq, Avroviziya tamaşaçısı Sergeyi tam fəqrli bir simada dünyanın ən böyük musiqi yarışmasında görəcək. Sergey,
filim soundtreklərini xatırladacaq dramatik və “sinematik”
ballada ilə Rusiyaya qalibiyyət gətirməyə çalışacaq.

Hər zaman olduğu kimi, bu dəfə də “INFE Azerbaijan” klubu azərbaycanlı Avroviziya fanatlarına eksklüziv xəbərləri çatdırmağa davam edir. Rusiya nümayəndə heyətindən klubumuza verilən məlumata görə Sergey Lazerevin Avrovizya mahnısı bu şənbə təqdim olunacaq.