INFE Azerbaijan

Official Member of INFE Network

“Dünya ulduzu” olmaqdan imtina edən Avroviziya təmsilçimiz


Azərbaycan Avroviziya müsabiqəsinə qatılandan bəri ölkəmizdən müxtəlif səslər özünü bu müsabiqədə sınayıb.

Image result for aysel teymurzade eurovision

Lakin bu təmsilçilərdən yalnız bir neçəsi böyük səs-küyə səbəb olaraq dünya şöhrətli prodüserlərin diqqətini cəlb edə bilib.

Related image


2009-cu ildə öz duet ortağı Arash ilə Azərbaycanı “Always” mahnısı ilə təmsil edən Aysel Teymurzadə (hal hazırda Aysel Adıgözəlzadə) müsabiqənin favoritlərindən hesab olunurdu. Müsabiqədə 3-cü yerdə qərarlaşan “Always” mahnısı Rusiya və İsveç kimi böyük musiqi bazarına sahib ölkələrdə əsl yay hitinə çevrilmişdi. Bir çox ölkələrə ve festivallara dəvət olunan Aysel Teymurzadənin Facebook-un yenicə məşhurlaşdığı bir ərəfədə 100.000-dən artıq izləyicisi var idi. Türkiyədə və dünyada tanınan meqastar-Tarkan, Aysel Teymurzadəyə duet, Kenan Doğulu isə ingilis dilində ortaq albom çıxartmağı təklif etmişdi. Lakin Arash ilə birlikdə İsveçdə özünün ilk albomu üzərində çalışan Aysel Teymurzadə bu təklifləri təxirə salıb, bütün vaxtını albomuna ayırır. Albomun “Warner Music Group” musiqi şirkətinin etiketi altında musiqi bazarına
çıxarılacağı gözlənilirdi. Qeyd edək ki, bu dünyadakı üçüncü
ən böyük musiqi şirkətidir və Ed Sheeran, Cardi B kimi dünya
uduzlarının bu şirkətlə müqavilələri var. Birləşmiş Krallıqda da
mahnılar yazdıran müğənninin ingilis dilində olan “Falling” və
“Tonight” sinqılları işıq üzü görür.


Dünya ulduzu olmağın bir addımlığında olan Aysel Teymurzadə 2012-ci ildə pianoçu Murad Adıgözəlovla ailə həyatı quraraq səhnələrdən uzaqlaşır.

Image result for aysel teymurzade murad adigozalov

Sadəcə tədbirlərdə çıxış edəcəyi gözlənilən müğənni bir daha efirə çıxmır. Hal hazırda, cütlüyün, 2012-ci il təvəllüdlü Sədiə adında qız, 2014 və 2016-cı il təvəllüdlü isə oğlan övladları var.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén