Avroviziya mahnı müsabiqəsi 2014 təmsilçimiz Dilarə Kazımova yeni klipini təqdim edib.

İfaçı musiqisi özünə və islam Şirvaniyə, sözləri isə Prometeyə məxsus “Harem” adlı yeni mahnısına klip çəkdirib.

Nail Naiboğlunun ekranlaşdırdığı video klipdə təmsilçimizi tam fəqli obrazda görürük. “Eurovision”da ölkəmizi yenidən təmsil etmək arzsu olan Dilarə cəsarətli geyimləri və rəqsləri ilə diqqətləri öz üzərinə cəmləməyi bacarıb.

Dilarə “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğunun ərazisində çəkilmiş klipi barəsində “Mahnı məni ruhlandırdı. Burada bir şərq ab-havası var. “Harem”də həmçinin tarix yatır. Çalışdıq klipdə bunu göstərək. Biz əsl qədim, şərq hamamında olduq. Mən hərrəmxanada, öz köməkçilərimləyəm. ” deyə bildirib.