casino malaysia
casino
Dihajdan ənənəvi dekabr sürprizi - INFE Azerbaijan
INFE Azerbaijan

Official Member of INFE Network

Dihajdan ənənəvi dekabr sürprizi

Dünən rəsmi instagram hesabında şəkil paylaşıb yeni EP-ni müjdələyən ifaçı bu Dekabrda da izləyicilərini unutmadı.

Dihaj, 3 saundtrekden ibarət yeni EP-ni “Skins” adlandırıb.
Özünü incəsənətin müxtəlif sahələrində sınayan ifaçı yeni EP-ində “ambient” musiqi tərzinə köklənib. Bu tərzdə musiqiçilər ənənəvi musiqidən fəqli olaraq musiqinin ton və atmosferini qabardırlar. Atmosferik vokal imkanlarına sahib Dihaj hər üç saundtrekdə səsin müxtəlif tekstural təbəqələrindən istifadə edib.
İfaçı bildirib ki, hər üç 3 saundtrek müxtəlif sənət formaları üçün hazırlanıb.

EP-nin ilk saundtreki “Underworld” Kiyev İşıq Festivalı çərçivəsində Kiyev çay limanının binasının üzərində nümayiş etdirilən 3D mappinq şousu üçün yazılıb.

YARAT Müasir İncəsənət Məkanın ARTIM proqramı çərçivəsində Diana Hacıyeva Nəzrin Məmmədova ilə birlikdə spesifik heykəltaraşlıq installyası və səs effektindən ibarət “Daxili Təmizlik” adlı layihə üzərində çalışıb. “Innosence of Inner Sense” səs kompoziyası da elə məhz bu layihə üçün Diana tərəfindən hazırlanıb.

Ep-ə daxil edilmiş sonncu trek “Natural Selection” isə Diana Hacıyevanın “Təbii seçim” adlı müstəqil şəkildə hazırladığı multimediya instalyasiyası üçün yazılıb.
Əsər daha güclülərin sağ qalması ilə bağlı Darvinin nəzəriyyəsini işıqlandırır.
Diana Hacıyeva, istehza və rişxəndi primitiv gücün təzahürü və insan reallığının ayrılmaz hissəsi hesab edir və multimediya instalyasiyasında sağqalma rejimində olan insanın biopolyar davranışının qəddarlığını sərgiləyir.

“Skins”i hələ də dinləməmisinizsə, burdan dinləyə bilərsiniz.

İstifadə olunan materiallar: yarat.az, zavod.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén