INFE Azerbaijan

Official Member of INFE Network

Dihaj: “Ümid edirəm ki, Çingiz sona kimi mübarizə aparacaq”

Ölkəmizi “Eurovision 2017” mahnı müsabiqəsində təmsil etmiş Dihaj ölkəmizi Təl-Əvivdə keçiriləcək müsabiqədə təmsil edəcək Çingiz Mustafayevin ifa edəcəyi “Truth” mahnısı haqqında fikirlərini bölüşüb.

Diana Hacıyeva instagram hesabında canlı yayım zamanı sonuncu Avroviziya təmsilçimiz haqqında da fikirlərini izləyiciləri ilə bölüşüb:

“Heç bir şey düşünmürəm. Bu mənim musiqi tərzim deyil. Ümid edirəm ki, Çingiz və komandamız sona kimi mübarizə aparacaqlar çünki bu çox çətindir. Onlara uğurlar arzu edirəm” deyib.

Qeyd edək ki, Çingiz Mustafazadə 16 May “Truth” adlı mahnı ilə 18
nömrə altında səhnəyə çıxacaq.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén