Sentyabrın 10-dan 18-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda XVI Beynəlxalq Caz Festivalı keçirilir.

ikiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı 44 günlük müharibədə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.

Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək.

Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda ölkəmizi “Eurovision” 2017 mahnı müsabiqəsində təmsil etmiş Diana Hacıyeva da çıxış edəcək. Ölkə təmsilçimiz Diana Festivalın 5-ci günü, 14 Sentyab “Beer Hall and Music Club” da azərbaycanlı cazmen Əfqan Rəsul ilə səhnəni paylaşacaq.

Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

mənbə: Azertag