INFE Azerbaijan

Official Member of INFE Network

Daha bir “Eurovision” təmsilçimiz özünü “Yeni dalğa” festivalında sınayacaq

Dilarə Kazımova və Aiseldən sonra bu dəfə “Eurovision” 2016 təmsilçimiz Səmra Rəhimli də özünü “Yeni dalğa” festivalında sınayacaq.

Avqustun 19-dan 25-ə kimi, ümumilikdə altı gün davam edəcək müsabiqədə 14 ölkədən ifaçı qalibiyyət uğrunda mübarizə aparacaq.
Jamala (Ukrayna), Natalia Gordienko, DoReDos (Moldova), Demy (Yunanıstan) kimi Avroviziya uduzlarının iştirak etdiyi bu müsabiqədə ölkəmiz hələ ki, qalibiyyət əldə etməyib.

Qeyd edək ki, əvvələr Latviyanın Yurmala şəhərində keçirilən müsabiqə ölkənin Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə göstərdikləri dəstəyə görə Rusiyalı ifaçıların Latviyaya girişinə icazə verilməməsi ilə əlaqədər Rusiyanın Soçi şəhərində baş tutacaq.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén