“Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64. Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Truth” (Həqiqət) adlı mahnı ilə Çingiz Mustafayev təmsil edəcək. Mahnının bəstəkarları arasında bir sıra Eurovision mahnılarının müəllifi məhşur avstriyalı-bolqar bəstəkar Borislav Milanov, EQUİNOX (Bolqarıstan 2018) qrupunun üzvü Trey Campbell eləcə də Çingizin adı var. Qeyd edək ki, mahnı 7 fevrala kimi İctimai TV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.

Çingiz Mustafayev kimdir?

Çingiz Mustafayev Moskvada anadan olmuş və uşaqlıq illərini orada keçirmişdir. Amma Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, anasının vətəninə – Qazaxa köçür. 

Çingiz, ATV-də yayımlanan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra sonra peşəkar və böyük səhnəyə məşhurluq əldə etməyə başladı.

Qitarada ifaları ilə izləyicilərin yaddaşlarında özünə yer edən ifaçı, özünü bəstəkar kimi də sınayır. O, əsasən öz bəstələrini ifa edir.

Çingiz, digər Avroviziya təmsilçimiz Dilarə Kazımova kimi özünü 2016-ci ildə Ukraynaın “The Voice” adlı mahnı müsabiqəsində sınamış və uğurla çıxış etmişdi.

Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.