INFE Azerbaijan

Official Member of INFE Network

Çingiz həftənin üçüncüsü oldu

Finlandiyanın ictimai kanalı “YLE”də yayımlanan “De Eurovisia” proqramının 5-ci həftəsində ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcək ölkələrin mahnıları müzakirə edilib.

Eva Frantz və Johan Lindroosun aparıcılıq etdiyi proqramın bu həfətki qonağı Helsinki Universitetinin tədqiqatçısı Maimouna Jagne-Soreau olub.

Proqram zamanı Azərbaycan, Şimali Makedoniya, Xorvatiya, Malta, Litva, Norveç və Hollandiya təmsilçilərinin “Eurovision” mahnıları müzakirə edilib.

Azərbaycan təmsilçisi Çingiz Mustafazadənin “Truth” mahnısı, 19 xal (5, 6, 8) toplayaraq həftənin üçüncüsü olub.

Maltanın qalib gəldiyi həftədə Norveç təmsilçiləri sonuncu olub.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz ikinci yarımfinalda “Truth” (“Həqiqət”) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Proqramı burdan izləyə bilərsiniz.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén