Nəhayət ki, 2 ildir səbirsizliklə gözlədiyimiz Avroviziya həftəsi bu gün etibarilə başladı.

Bu gün Bakı saatı ilə 23:00-da Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalının münsif səsverməsi baş tutacaq. Və beləliklə, birinci yarımfinal nəticəsinin 50% -i müəyyənləşəcək.  Hər birindən beş münsif olmaqla, yarı finalda yarışan 16 iştirakçı ölkə və 1-ci yarı finalda səs verən böyük beşlik ölkələrindən Almaniya, İtaliya və Hollandiya bu axşam səs verəcək. 

Qeyd edək ki, təmsilçimiz Efendi də bu gün 14-cü nömrə altında çıxış edəcək.

Bu gün münsif qarşısına çıxacaq olan ölkələr:

  1. Litva – The Roop – Discoteque
  2. Sloveniya – Ana Soklič – Amen
  3. Rusiya – Manizha – Russian Woman
  4. İsveç – Tusse – Voices
  5. Avstraliya – Montaigne – Technicolour
  6. Şimali Makedoniya – Vasil – Here I Stand
  7. İrlandiya – Lesley Roy – Maps
  8. Kipr – Elena Tsagrinou – El Diablo
  9. Norveç – TIX – Fallen Angel
  10. Xorvatiya – Albina – Tick-Tock
  11. Belçika – Hooverphonic – The Wrong Place
  12. İsrail – Eden Alene – Set Me Free
  13. Rumıniya – Roxen – Amensia
  14. Azərbaycan – Efendi – Mata Hari
  15. Ukrayna – Go_A – Shum
  16. Malta – Destiny – Je me casse