Norveçin milli seçim turu olan “Melodi Grand Prix” bu gün başlayır. Ümumilikdə 5 şoudan ibarət olan müsabiqə hər şənbə günləri yayımlanacaq.

Bu gün baş tutacaq yarımfinalda 4 iştirakçı finala vəsiqə qazanmaq uğrunda yarışacaq. Yalnız 1 iştirakçı növbəti mərhələyə keçə biləcək.

  1. Beady Belle “Playing with Fire”

2. Jorn “Faith Bloody Faith”

3. Blåsemafian feat. Hazel “Let Loose”

4. Stina Talling “Elevate”

Eyni zamanda birbaşa finalist olan 2 iştirakçı – Keiino və Tix bu gün çıxış edəcəklər.

Qeyd edək ki, Bakı saatı ilə saat 22:50-də başlayacaq müsabiqəni buradan izləyə bilərsiniz.