Bu gün Bakı vaxtı ilə saat 00:00-da Serbiyanın paytaxtı Belqradda, RTS kanalının 8-ci studiyasından yayımlanan “Beovizija 2019” seçim mərhələsinin ikinci yarıfinalı baş tutub. Şounun aparıcılığını
Nebojša Milovanović və Ana Babić ediblər. Şounun ən maraqlı məqamlarından biri Serbiyanı 2007-ci il Uşaq Avroviziya Müsabiqəsində və 2013-cu il Avroviziya Müsabiqəsində (“Moje 3” qrupunun üzvü) Nevena Božovićin ikinci yarıfinalda yarışması idi. Toplamda 12 nəfərin mübarizə apardığı birinci yarıfinalın sonunda, juri və SMS səsləri vasitəsilə 6 iştirakçı finala vəsiqə qazanıb. Bu gün keçirilən ikinci yarıfinalın nəticələri aşağıdakı kimidir:

  1. Sanja Rio – “Ljubimo se”
  2. Majdan – “Budim te” (Finalist)
  3. Goga Stanić – “Čudo”
  4. Ana Popović – “Lutaš” (Finalist)
  5. Lord – “Radnički sin” (Finalist)
  6. Nevena Božović – “Kruna” (Finalist)
  7. Gipsykord – “Boje”
  8. Jana Šušteršić – “Viktorija” (Finalist)
  9. Lana & Aldo – “Pogledaj u nebo”
  10. Dženan Lončarević – “Nema suza” (Finalist)
  11. Tina i Lola Amvon – “Tvoje oči”
  12. Tamara Milanović – “Reči nisu dovoljne”

Qeyd edək ki, Goga Stanićin mahnısının bəstəkarları arasında Dimitris Stassos (İspaniya 2009, Yunanıstan 2012 – bəstəkar), Ognjen Amidžić (Beovizija 2006 Qalibi) və Marko Kon (2008-ci il Serbiya təmsilçisi) kimi məhşur simalar var. Eyni zamanda, Jana Šušteršićin mahnısının həmmüəllifi, məhşur serb bəstəkar Vladimir Graić, “Molitva” (Serbiya 2007), “Verjamem” (Slovenia 2012), “Beauty Never lies” (Serbiya 2015) mahnılarının müəllifidir.