INFE Azerbaijan

Official Member of INFE Network

Belarusiya müsabiqədən kənarlaşdırıla bilər

Belarusiya Mədəni Həmrəylik Fondu Belarusiya ictimai kanalına qarşı kampaniya başladıb. Davam edən kampaniya Avropa Yayım İttifaqını (AYİ) Belarusiya ictimai kanalını qarşıdan gələn Avroviziya mahnı müsabiqəsindən kənarlaşdırmağa çağırır.

Kampaniya qurucularının əsas tələbləri Belarusun bu ilki müsabiqədən kənarlaşdırılması, ölkənin birinci kanalının yayım hüquqlarının dayandırılması və Birliyə üzvlüyünün ləğv edilməsidir.

“BT bu gün televiziya şirkəti deyil, siyasi təzyiq və təbliğat vasitəsidir”

Sergei Budkin

Yerli sosial şəbəkə istifadəçiləri isə #stopBT həştəqlərindən istifadə edərək kampaniya öz dəstəklərini bildirməyə davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl IIHF Belarusiyadakı seçki pozuntularını, seçkilər zamanı insan haqları pozuntularını və sonrakı repressiyaları nəzərə alaraq Belarusiyanı Buz Hokeyi üzrə Dünya Çempionatına ev sahibliyi etmə imkanından da məhrum edib.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén