Dünən baş tutan  “Eurovision France: C’est vous qui décidez” adlı milli müsabiqə ilə Fransa öz qalibini seçdi.

İzləyicilərdən 100, münsiflərdən isə 104 xal alan Barbara Pravi “Voila” adlı mahnı ilə Fransanı bu il Avroviziyada təmsil edəcək. Barbara Pravi eyni zamanda 2020 Avroviziya Uşaq mahnı müsabiqəsinin qalibi olan “J’imagine” adlı mahnının da müəllifidir.

Qeyd edək ki müsabiqə iki turdan ibarət idi və 12 mahnı birincilik uğrunda mübarizə aparırdı. İlk turda izləyicilərdən ən çox səs alan 7 mahnı  növbəti mərhələyə vəsiqə qazandı. İlk turdan keçməyən mahnılardan biri münsiflər heyəti tərəfindən qurtarılaraq finalçıların arasında yerini aldı. Daha sonra 8 finalçı izləyicilərin və münsiflərin səslərinin 50% -ni təşkil etdiyi səsvermənin ikinci turunda yarışdı. Bu son səsvermənin qalibi isə “Voila” adlı mahnı ilə Barbara Pravi oldu.

Onu da əlavə edək ki, dünən açıqlanmasına baxmayaraq “Voila” artıq bukmeykerlərin siyahısında birinci yerdə qərarlaşıb.