İctimai Televiziya və Radio Yayımları Şirkətində baş verən köklü dəyişikliklərdən sonra, daha da iddialı bir şəkildə müsabiqəyə hazırlaşan Azərbaycan nümayəndə heyəti son sürətlə müsabiqəyə hazırlığını davam etdirir.

4 finalçının (Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndi) ifasında Azərbaycanın gələcək Avroviziya mahnısnın demo-versiyaları yazılıb.

Məhz bu mərhələdən sonra milli münsiflər heyətinin qərarı ilə Azərbaycanın Təl-Əvivdə keçiriləcək 64. Avroviziya mahnı müsabiqəsindəki təmsilçisi ilə bağlı son qərar veriləcək.

Azərbaycanı təmsil edəcək ən yaxşı ifaçı və mahı İctimai Televiziya tərəfindən mart ayının ilk on günlüyündə (7-10 Mart) ictimaiyyətə təqdim olunacağı gözlənilir.