INFE Azerbaijan

Official Member of INFE Network

Azərbaycanlı bəstəkar finaldadır

Dünyanın ən prestijli beynəlxalq bəstəkar müsabiqələrindən biri olan Beynəlxalq Mahnı Sözləri Yazmaq Müsabiqəsinin (ISC) finalında ilk dəfə azərbaycanlı bəstəkar mübarizə aparacaq.

Fidan Aliva müsabiqədə iştirak edən 26,000 bəstəkar arasından finala vəsiqəni “I won’t surrender” adlı bəstələdiyi mahnı ilə qazanıb.

O, finalda Dua Lipa, Coldplay kimi musiqiçilərin və musiqi sənayesində fəaliyyət göstərən şirkət rəhbərlərinin jüri kimi yer aldığı “Müasir musiqi” kateqoriyasında qalibiyyət uğrunda mübarizə aparacaq.

Beynəlxalq Mahnı Sözləri Yazmaq Müsabiqəsinin (ISC) qalibləri 15000$ pul mükafatı, “Sony Music”, “Warner Records”, “Capitol Music Group (Böyük Britaniya)” kimi musiqi şirkətləri ilə müqavilə bağlamaq və mahnılarını beynəlxalq musiqi arenasında tantmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, 2018-ci ildə Avroviziya Mahnı Müsabiqəsində təmsilçimiz olan Aiselin Impavide albomunda yer alan mahnıların sözləri məhz Fidan Alivaya məxsusdur.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén