casino malaysia
online casino malaysia
Azərbaycanda görüşdən imtina etdi - INFE Azerbaijan

INFE Azerbaijan

Official Member of INFE Network

Azərbaycanda görüşdən imtina etdi

Azərbaycan İctimai Televiziyası (İctimai TV) “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin nümayəndə heyətləri başçılarının hər il keçirilən görüşündə onlayn formatda iştirak edəcəyini elan edib. Görüş martın 9-10-da müsabiqənin ev sahibi Rotterdam şəhərində (Niderland) baş tutacaq.

Tətbiq edilən məhdudiyyətlər koronavirusun yayılması təhlükəsi ilə əlaqədar görülmüş, sənətçinin, eləcə  də Təşkilat Komitəsi heyətinin sağlamlıq və təhlükəsizliyinin qorunmasına yönəldilmişdir.

Azərbaycan təmsilçiləri nümayəndə heyətləri başçılarının bütün danışıqlarında uzaqdan (onlayn) iştirak  edəcəklər.

Bir müddət əvvəl Avropa Yayım İttifaqı (AYİ) iştirakçıları təşkilatın İsveçrədəki əməkdaşlarından birinin koronovirusa yoluxması barədə məlumatlandırmışdır.

Nəticədə, AYİ əməkdaşlarının ölkədən çıxışına qadağa qoydu və bir sıra ölkələr görüşdə onlayn iştirak etmək qərarına gəldilər, onların arasında İsveç, İsrail, İrlandiya, Ukrayna, Gürcüstan, İtaliya, Yunanıstan, Rumıniya, Fransa, Rusiya, Serbiya, Malta, Albaniya və Danimarka var.

Qeyd edək ki, bu il Rotterdamda Azərbaycanı 28 yaşlı ifaçı Efendi təmsil edəcək.

Efendi “Avroviziya” müsabiqəsinin seçmə mərhələsində 5 il iştirak etmişdir. Əvvəllər o, “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi populyar musiqi layihələrində iştirak edib və güclü səsi ilə yaddaşlarda qalıb.  2017-ci ildə Almatıda “Silk Way Star” (3-cü yer) beynəlxalq vokal televiziya layihəsində iştirak edib, 2019-cu ildə isə Azərbaycanı Nur-Sultan şəhərində keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq musiqi festivalında uğurla təmsil edib.

Şüarı “Open up!” (“Açıl!”) olan müsabiqənin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Avroviziya-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén