Avroviziya fanatlarının səbirsizliklə gözlədiyi “milli seçim sezonu” nəhayət, bu gün Albaniya ilə başlayır.

Ölkənin ən önəmli yarışmalarından biri olan Festivali i Këngës 3 şoudan ibarət olacaq. İlk gün hər bir iştirakçı öz mahnılarını canlı ifa edəcək. İkinci şouda mahnılar akustik versiyada səsləndiriləcək. Və nəhayət, 16 iştirakçı finala vəsiqə qazanacaq.

Milli seçim turunu Bakı saatı ilə 00:00-da kanalın rəsmi saytından ( https://tv.rtsh.al/kanalet/rtsh-1 ) canlı izləyə bilərsiniz.